1 C
Baku
Saturday, December 14, 2024

Həştərxan şirkətləri Azərbaycana balıq məhsullarının ilk tədarükünə başlayıb

Balıq delikateslərinin, o cümlədən qara kürü və nərə balığının istehsalı və satışı ilə məşğul olan Həştərxan şirkətləri ilk dəfə olaraq öz məhsullarını Azərbaycana tədarük etməyə başlayıblar”.

Bu barədə “Kasprıba” Balıqçılıq və Balıq Emalı Müəssisələri İttifaqının rəhbəri Andrey Markin TASS-a bildirib.

O qeyd edib ki, balıq və balıq delikatesləri Həştərxan vilayətinin brendi olaraq qalır, bu məhsullara xaricdəki tərəfdaşlar arasında böyük tələbat var.

“Biz ilk dəfə olaraq Azərbaycana balıq məhsullarının, əsasən çiy balıqların tədarükünə başlamışıq ki, bu da orada fəal şəkildə emal olunur. Həştərxan balığından yerli milli xörəklərin hazırlanmasında istifadə olunur”, – Markin vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər