14 C
Baku
Sunday, November 24, 2024

Bu dərslər də məktəblərdə tədris ediləcək – Nazirdən açıqlama

Biz anlamalıyıq ki, köhnəlmiş təhsildən gələcəyə hazırlaşmaq mümkün deyil.

Bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

Texnologiyanın tədrisə inteqrasiyasının önəmindən danışan nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsinin ilk məzunları 2024-cü ildə olacaq:

“Biz hələ uşaqları əmək bazarında görmürük. Amma növbəti 10-15 ildən sonra mütləq ki, görəcəyik. Bir ölkənin 410 min uşağı proqramlaşdırma ilə məşğul olursa, inanıram ki, bunun müsbət təsirləri olacaq. Yəni indikindən daha yaxşı əmək bazarına sahib olacağıq. Biz texnologiyanın həyatımızı nə qədər dəyişdiyini anlamalıyıq. Ona görə də STEM təhsili, eləcə də rəqəmsal bacarıqlar hələlik layihə formasında bizim məktəblərdə tətbiq olunur”.

Nazir vurğulayıb ki, rəqəmsal bacarıqlar layihəsi 410 min, STEM isə 100 min uşağı əhatə edir. O, layihələrin 400 məktəbdə, eləcə də rayonlarda yaradılan regional mərkəzlər vasitəsilə icra edildiyini diqqətə çatdırıb.

Emin Əmrullayev hazırda bu layihələrin daha çox şagirdi əhatə etməsini hədəflədiklərini qeyd edib. O bildirib ki, həm rəqəmsal bacarıqlar, həm də STEM layihələrinin müəyyən elementləri milli kurikuluma salınacaq.

Son xəbərlər
Digər xəbərlər