İsrail Fələstinin HƏMAS hərəkatını tamamilə məhv etmək planlarından imtina edir və qüvvələrini israilli girovları azad etməyə yönəldir, bu barədə “CNN” yazıb.
Britaniya Beynəlxalq Münasibətlər İnstitutunun Yaxın Şərq və Şimali Afrika üzrə elmi işçisi Bilal Y.Saab İsrailin Fələstinin HƏMAS hərəkatını tamamilə məhv etmək niyyətini əlçatmaz məqsəd adlandırıb.
O, “bunun zamanla yarışın olduğunu” vurğulayıb. Mütəxəssislərin sözlərinə görə, İsrailin artan beynəlxalq qəzəb doğurmadan nə qədər müharibə apara biləcəyi bəlli deyil. Tədqiqatçının fikrincə, İsrailin HƏMAS-ın rəhbərliyini məhv etmək niyyəti nəzərəçarpacaq nəticə verməyəcək, çünki “belə təşkilatlar komandirləri asanlıqla əvəz edir”.
İsrail və Fələstinin HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, Fələstin hərəkatı tamamilə məhv edilənə qədər müharibə davam edəcək. Qəzza zolağında gedən döyüşlər nəticəsində 22.2 min nəfər həlak olub, 100-dən çox insan HƏMAS hərəkatının girovu olaraq qalır.






