9 C
Baku
Monday, November 18, 2024

BOKT-a məxsus yaşayış evi və torpaq sahəsi satışa çıxarılacaq – Siyahı

Banker.az xəbər verir ki, hərrac Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) keçiriləcəkdir.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək istəyən şəxslərə balanssaxlayıcı təşkilat tərəfindən satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı yaradılır (əmlaka baxış hər həftənin cümə günü saat 14:00-17:00). Əlaqəli şəxs: Seyidov Şahin (050-235-99-90)

Hərraclarda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər:
– Hüquqi şəxslər üçün təsis sənədlərinin müəyyən olunmuş qaydada təsdiq edilmiş surətləri;
– Fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti;
– Hərraclarda iştirak etmək üçün sənədlər hüquqi və fiziki şəxsin nümayəndəsi tərəfindən verildiyi təqdirdə o özünün hərracda iştirak etmək istəyən şəxsin adından hərəkət etmək hüququnu təsdiq edən sənəd (etibarnamə) təqdim etməlidir;
– “AqrarKredit” QSC BOKT-un hesabına  behin köçürülməsini təsdiq edən ödəmə sənədinin surəti.
dd
Son xəbərlər
Digər xəbərlər