Azərbaycan sığorta bazarı ötən il 28% böyüyərək 1 mlrd. manatı ötüb və ÜDM-də payı 1%-i keçib.
Bunu Azərbaycan Maliyyə Forumunda çıxışı zamanı Azərbaycan Sığortaçılar Assosasiyasının (ASA) sədri Elmar Mirsalayev deyib.
O bildirib ki, sektorun əsas hədəfi mövcud dayanıqlı böyümənin davamlılığının təmin edilməsidir.
“Növbəti illərdə, bu məqsədimizə nail olacağımıza əminik”, – deyə ASA sədri əlavə edib.