“Lot” hərfi mənada “bölüşdürmək, hissələrə ayırmaq” kimi mənaları ifadə edir.
Forex (foreks) bazarında isə 1 lot 100 000 vahidin bir yerdə toplanmasından əmələ gələn həcmdir. Forex bazarında investisiya etmək üçün müəyyənləşdirdiyiniz sifariş həcmi lot ilə ifadə olunur və sifarişiniz sistemə lotla ifadə olunmuş şəkildə daxil edilir. Bir sözlə, 1 lot valyuta cütlüklərində sol tərəfdəki valyutadan 100 000 ədədlik bir həcmi ifadə edir.
Buna bir nümunə ilə baxaq:
Hesab edək ki, EUR/USD valyuta cütlüyünün spot dəyəri 1.1200-dır. EUR/USD cütlüyündə qiymətlərin artacağını düşünən bir investor 1 lot alış əməliyyatını həyata keçirmək istərkən, əslində, 1.1200*100000= 112 000 USD sataraq 100 000 EUR almış olur. Burada alınan valyuta 100 000 avro vahiddən, yəni 1 lotdan formalaşır.
Diqqət edilməli mühim məsələ ondan ibarətdir ki, 100 000 avroluq həcm əldə edilən gerçək miqdar deyil, müəyyən miqdarda təminat və seçilmiş kredit dəstəyinin (çiyninin) təsiri ilə gəlir və ya zərərinə ortaq olunan ticarət əməliyyatının həcmidir.
Lot növləri
Forex bazarında investorlar 1 lotluq əməliyyat həcmi yerinə daha kiçik əməliyyat həcmi ilə investisiya etməyə üstünlük verə bilərlər. İnvestorların Forex-də ən çox istifadə etdikləri lot növləri Mini və Mikro lotlardır.
- Mini lot1 lot, yəni 10 000 vahidə bərabərdir. Məsələn, EUR/USD cütlüyünün qiymətinin 1.1200 olduğunu hesab edərsək, 0.1 lotluq alış əməliyyatının həcmi 10 000* 1.1200= 11 200$-a bərabər olacaqdır.
- Mikro lot01 lot, yəni 1 000 vahidə bərabərdir. Məsələn, EUR/USD cütlüyünün qiymətinin 1.1200 olduğunu hesab edərsək, 0.01 lotluq alış əməliyyatının həcmi 1 000* 1.1200= 1 120$ olacaqdır.
Forex əməliyyatlarında təminat hesablanması
Forex bazarında əməliyyatları icra etmək üçün hesabınızda müəyyən həcmdə minimum kapitalın, yəni kifayət qədər təminat miqdarının olması vacibdir. Seçdiyiniz kredit dəstəyi (çiyni) nisbəti, əməliyyatın həcmi (lot) və ticarət edəcəyiniz maliyyə alətinin bazarda həmin andakı qiyməti hesabınızda lazımi həcmdə olmalı olan təminat miqdarına birbaşa təsir göstərir.
Kredit çiyni nisbətinin təminat miqdarına təsiri
Forex bazarında ticarət etmənin ən böyük üstünlüklərindən biri də şübhəsiz ki kredit dəstəyi (çiyni) sistemidir. İnvestisiyalarınızda seçdiyiniz kredit dəstəyi (çiyni) nisbəti tələb olunan təminat miqdarına birbaşa təsir göstərir. Seçdiyiniz Lot həcmi və valyuta cütülüyünün qiyməti sabit qalarkən, kredit dəstəyi (çiyni) nisbətini artırmağınız sizə eyni ticarət əməliyyatını daha az təminat məbləği ilə həyata keçirməyə imkan yaradar.
Misal üçün,
EUR/USD cütlüyündə 1:30 kredit dəstəyi (çiyni) ilə 1 lot alış əməliyyatı həyata keçirmək istədiyinizi hesab edək:
Tələb olunan təminat məbləği aşağıdakı şəkildə hesablanır:
Təminat= (Valyuta cütünün bazar qiyməti*ticarət həcmi*Lot)/ Kredit dəstəyi (çiyni)
Təminat= (1.1200*100.000*1) / 30 = 3 733$
Lakin siz kredit dəstəyi (çiyni) nisbətinizi 1:30 deyil, 1:10 olaraq seçsəydiniz, o zaman tələb olunan təminat məbləğiniz aşağıdakı kimi olacaqdı:
Teminat = (1.1200*100.000*1) / 10 = 11 200$
Kredit çiyni (dəstəyi ) nisbəti artdıqca investisiyalarınızın risk səviyyəsi də artar, Lot miqdarınız eyni qaldıqca isə tələb olunan minimum təminat məbləği azalar.
Lot həcminin təminat miqdarına təsiri
Kredit dəstəyi (çiyni) və investisiya ediləcək maliyyə alətinin qiyməti sabitdirsə, Lot həcmini artırmağınız daha çox təminat yatırmağınızı tələb edir. Lot həcmini kiçiltməniz isə daha az miqdarda təminatla ticarət əməliyyatına başlamağınız üçün yetərlidir.
Misal üçün:
Kredit dəstəyi (çiyni) nisbəti 1:30 və qiymət 1.1200 səviyyəsində olarkən 1 lot EUR/USD cütlüyü üzrə alış əməliyyatını yerinə yetirmək üçün investisiya etməyiniz tələb olunan təminat miqdarı aşağıdakı həcmdə olacaqdır:
Təminat= (1.1200*100 000*1)/30= 3 733
Lot həcmini azaldaraq 0.1 seçdiyiniz təqdirdə isə tələb olunan təminat miqdarı aşağıdakı həcmdə olacaqdır:
Təminat= (1.1200*100 000*0.1)/100=373 $ olacaqdır.
Mənbə: İnvestaz və Banker.az