Münasibətlər
Münasibətlər sizə zövq verməlidir və heç bir halda sizin üçün baş ağrısı olmamalıdır. Əgər sizin həyatınızda ünsiyyət qurarkən narahat olduğunuz insan varsa, buna göz yummaq olmaz, situasiyanı düzəltməyə çalışın. Sağlam olmayan münasibətlər neqativ emosiyalardan başqa heç nə gətirmir.
Çoxməqsədlilik
Çoxməqsədlilik stressi artırır və məhsuldarlığı aşağı salır. Hər şeyi dərhal həll etməyə cəhd etməyin. Nə isə bir şey seçin və axıra qədər yerinə yetirin.
Neqativ fikirlər
Neqativ emosiyalar tamamilə səmərəsizdir. Inciklik, kədər, nifrət və qısqanclıq hələ heç kimin həyatını yaxşılaşdırmayıb. Öz şüurunuza sahibi olun və fikirlərinizi idarə etməyi öyrənin. Pozitiv düşüncə dünyaya yanaşma tərzinizi dəyişdirə bilər.
Sözlər
Sözləri küləyə sovurmayın, həddən artıq boşboğazlıq etməyin və danışığınızın səmimi olmasına diqqət yetirməyə çalışın. Dedi-qodudan uzaq olun.
Məqsədlər
Qarşısınıza çox məqsəd qoymayın. Ən əsaslarını seçin və onlar üzərində işləyin. Onlara nail olduqda, yerdə qalan məqsədlər arasından ən prioritet olanını seçin və beləliklə bütün məqsədlərə nail olmuş olacaqsınız.
Vaxtdan asılılıq
Əksər insanların həyatı saniyələr üzrə planlaşdırılıb. Onlar fasiləsiz olaraq daima hərəkətdədir, həmişə vaxt yetərsizliyi mövcud olur. Bu tempdə yaşamaq olmaz. Həmişə özünüzə sərf edə biləcəyinizin vaxtınız olmalıdır.
Monitor önündə keçmiş vaxt
Televiziya, kino, video oyunlar və internet – asılılıqlar görünəndən daha çox vaxtınızı alır. Heç olmasa bəzən sizi əhatə edən bütün texnikanı söndürün və real dünyanın dadını çıxarın.
Mülkiyyət
Həddən artıq əşyalar sizin həyatınızı ciddi şəkildə çətinləşdirə bilər. Maddi rifah haqqında düşüncələr sizin dəyərlərinizi dəyişdirir və pul, enerji və diqqətinizi əlinizdən alır.