14 C
Baku
Saturday, November 23, 2024

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəhbər təyin olunub

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə yeni rəhbər təyin olunub.

Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanin “X” hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə rəhbər təyin olunub: “Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizliyin yeni baş direktorudur”.

Nazir vurğulayıb ki, yeni əks-kəşfiyyat rəisi “səriştəsi geniş şəkildə tanınan təcrübəli işçidir”.

Daxili işlər naziri Bertonun terrorizmlə mübarizəyə verdiyi töhfəni xüsusi qeyd edib: “Onun fransızların təhlükəsizliyinə fədakarlığı hədsizdir”.

Fransanın daxili işlər naziri deyib ki, terrorla mübarizə prioritet məsələdir.

“2017-ci ildən Fransa Prezidenti Emmanuel Makronun rəhbərliyi altında biz Daxili Təhlükəsizlik Baş İdarəsinin resurslarını xeyli gücləndirmişik və 2024-cü ilə qədər işçilərin sayını 5000-ə çatdırmışıq. Heç vaxt hökumət bizim kəşfiyyat xidmətlərimizə bu qədər sərmayə qoymayıb”, – nazir əlavə edib.

Son xəbərlər
Digər xəbərlər