13 C
Baku
Saturday, November 23, 2024

Dünya bazarlarında gələn il neftin qiymətinin azalacağı proqnozlaşdırılır

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82.57 dollardan 82.49 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2023-cü ildə neftin orta qiyməti 82.41 dollar təşkil edib (öncəki proqnoz – 82.4 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77.58 dollar (öncəki proqnoz – 77.63 dollar) təşkil edib. 2024-cü ildə isə bu göstəricinin 77.99 dollar (öncəki proqnoz – 78.07 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, qurum 2025-ci il üçün “Brent” və WTI neft markalarının qiymətləri üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il “Brent”ın qiymətinin 79.48 dollar, WTI-ın isə 74.98 dollar səviyyəsində olacağını ehtimal edir.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100.94 dollar, WTI-ın isə 94.91 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər