2024-2025-ci illərdə əmtəə qiymətlərinin bir qədər aşağı düşəcəyi, qlobal inflyasiyanın daha da azalacağı gözlənilir.
Bu barədə Dünya Bankının qlobal iqtisadiyyata dair hesabatında bildirilib. Qeyd edilib ki, ümumi inflyasiyanın 2024-cü ildə 3.7 faiz, 2025-ci ildə 3.4 faiz azalacağı proqnozlaşdırılır.
Hesabatda inflyasiyanın yavaşlaması, faiz dərəcələrinin azalması fonunda 2025-ci ildə qlobal artımın 2.7 faizə yüksələcəyi proqnozlaşdırılır.