13 C
Baku
Friday, November 22, 2024

İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni PUA hazırlayıb

İran Rusiyanın Ukraynadakı müharibəsi üçün yeni hücum pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

Bu barədə məlumatlı mənbə bildirib.

“Shahed-107 “partlayıcı və kəşfiyyat” pilotsuz uçuş aparatı kimi təsvir edilən PUA-nın ehtimal ki, Ukrayna qüvvələri tərəfindən istifadə edilən Britaniya və Amerikanın çoxburaxılışlı raket sistemləri kimi döyüş hədəflərini axtarmaq üçün texnologiya ilə təchiz edildiyi qeyd olunur.

Mənbə “Sky News”a bildirib ki, dəyəri 2 milyon dollardan çox olan sövdələşmədə Rusiyaya xüsusi hazırlanmış pilotsuz uçuş aparatının “bir neçə hissəsi” təklif olunub.

Mənbə bildirib ki, bu, İranın Rusiyanın Ukrayna ilə bağlı maraqlarını dəstəkləmək üçün vacib güc layihələndirmə fəaliyyətini əks etdirir.

Məlumatlı təhlükəsizlik mənbəsi Tehranın Moskvanı yerüstü raketlərlə təmin etməyə yaxın olduğunu iddia edib.

Xatırladaq ki Ukrayna və Qərb ölkələri daha əvvəl Tehranı Moskvaya “Şahed-131” və “Şahed-136” kimi tanınan və hədəflərə uçaraq partladıqları üçün “intiharçı dronları” adlandırılan yüzlərlə PUA ilə təmin etməkdə ittiham edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər