12 C
Baku
Monday, November 25, 2024

Blinken: “ABŞ Fələstin dövlətinin yaradılmasını dəstəkləyir”

ABŞ Fələstin dövlətinin yaradılması tədbirlərini dəstəkləyir.

Bunu Birləşmiş Ştatların dövlət katibi Antoni Blinken Ramallahda Fələstin Prezidenti Mahmud Abbasla görüşdə deyib.

A.Blinken Vaşinqtonun Fələstin dövlətinin yaradılması üçün real tədbirləri dəstəklədiyini bir daha təsdiqləyib.

Xatırladaq ki, ABŞ-nin dövlət katibi yanvarın 4-dən Yaxın Şərq və bölgəyə qonşu ölkələrdə səfərdədir. O, Türkiyə, Yunanıstan, İordaniya, BƏƏ, Səudiyyə Ərəbistanı və İsrailə səfər edib.

Məlumata görə, o, bu gün Bəhreynə əvvəlcədən elan olunmamış səfər edəcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər