1 C
Baku
Saturday, December 14, 2024

ÜST: Ötən ilin son ayında xəstəxanaya yerləşdirilən koronavirus xəstələrinin sayında artım olub

Dekabr ayında Ümumdünya Səhiyyə Təşkilatına COVID-19-dan dünyada 10 min ölüm olduğu bildirilib.

Bunu brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, ötən ilin dekabr ayında noyabr ayı ilə müqayisədə koronavirusdan xəstəxanaya yerləşdirilənlərin sayı 42%, reanimasiya şöbələrinə qəbulların sayı isə 62% artıb.

“Bu tendensiyalar 50-dən az ölkənin, əsasən də Avropa və Amerikanın məlumatlarına əsaslanır. Şübhəsiz ki, digər ölkələrdə də bildirilməyən artımlar var”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər