Niderlandın “ING Group”u 2024-cü il üçün Azərbaycanda orta illik inflyasiyanın 5%, 2025-ci ildə – 5.6% olacağını proqnozlaşdırır.
Bu barədə şirkətin məlumatında bildirilir. Bu, ötən ilin avqust ayında açıqlanan proqnoza nisbətən bu il üçün 1 faiz bəndi azalıb, gələn il üçün isə dəyişməyib.
Proqnozlara əsasən, 2024-cü ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 6.2%, ikinci rübdə isə 2.6% səviyyəsində gözlənilir.
İqtisadiyyat Nazirli 2024-cü ildə ölkədə illik inflyasiyanın 5.3%, 2025-ci ildə 4.9% olacağını gözləyir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda orta illik inflyasiya 5.9% təşkil edəcək, 2025-ci ildə 3.9%-dək azalacaq.
Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda orta illik inflyasiyanın 4.7%-ə qədər azalacağını, 2025-ci ildə 5% olacağını proqnozlaşdırır.
Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda orta illik inflyasiya 2024-ci ildə 5.8%, 2025-ci ildə 5.2% təşkil edəcək.