7 C
Baku
Sunday, December 15, 2024

Risk Departamentinin Direktoru – Parabank

Vəzifəyə olan tələblər
• Ali təhsil
• Məsuliyyətli olmalı;
• Komandada işləmə bacarığı,
• Ünsiyyət qurabilmə qabiliyyəti;
• Risklərin idarəedilməsi üzrə   bank sferasında  minimum 5 il iş təcrübəsi;

Vəzifə öhdəlikləri:
• Bank fəaliyyətinə xas olan riskləri müəyyən edir və onların idarə olunmasının, daxili nəzarət sistemlərinin adekvatlığını və effektivliyini qiymətləndirir;
• Risklərə nəzarət-təhlil üsullarının müəyyən edir və müvafiq risk xəritəsinin tərtib edilməsini təşkil edir;
• Bankda risklərin idarə edilməsi sistemlərinin yaradılması və prosedurların layihələrinin hazırlanmasını təmin edir;
• Bankın bütün aktiv və passiv əməliyyatları üzrə müəyyən olunmuş risk limitlərinə gündəlik nəzarəti təşkil edir;
• Bankın fəaliyyətində riskli sahələrin sığortalanması prinsiplərinə riayət olunmasına gündəlik nəzarəti təşkil edir.
• Ehtimal olunan risk modellərinin hazırlayır;
• Bankda risk sahələri üzrə müxtəlif ssenarilər əsasında stress-testlər həyata keçirir;
• Bankın struktur bölmələrini risklərin idarə olunmasının prosedurları ilə tanış olmasını təşkil edir;
• Bankın struktur bölmələrinə risklərin idarə edilməsi üzrə metodiki məsləhətlər verir;
• İdarə heyətinə risklərin idarə edilməsi haqqında, eləcə də bank və biznes bölmələri səviyyəsində risklərin cəmlənməsi haqqında mütəmadi olaraq hesabatlar hazırlayıb təqdim edir;
• Risklərin idarə edilməsinə dair İdarə Heyətinə və Risklərin idarə edilməsi Komitəsinə təkliflər təqdim edir;
• Müşahidə Şurasının, İdarə Heyətinin və bankdaxili komitələrin risklərin idarə edilməsi sahəsində qəbul etdikləri qərarların icrasını təmin edir;
• Risklərin idarə edilməsi ilə bağlı Bankın struktur bölmələrinə verilmiş tapşırıqların icrasının nəzarətini təşkil edir;
• Bankdaxili prosedurlarda risklərin düzgün müəyyən olunması, qiymətləndirilməsi və sığortalanması prinsiplərinə riayət olunması barədə rəy verir;
• Yeni bank məhsulu və xidmətlər üzrə risklərin düzgün müəyyən olunmasına rəy verir;
• Departamentin əməkdaşlarının vəzifə təlimatlarını təsdiq edir, işçilər arasında səlahiyyət bölgüsünü aparır;
• Departamentin işçilərinə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarəti həyata keçirir, habelə işçilərin əməyini qiymətləndirir və təlimə olan tələbatını öyrənir;

CV-ləri  Risk_ direktor  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər