2 C
Baku
Saturday, December 14, 2024

Əməliyyat departamenti – Plastik kartlar şöbəsi müdir – Parabank

Vəzifəyə dair tələblər
• Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)
• Ən azı 5 il bank sferasında plastik kartlarda müdir kimi  iş təcrübəsi
• Bank işini tənzimləyən  qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmaq
• Azərbaycan,rus, ingilis dillərində sərbəst danışıq bacarığı;
Əsas vəzifələri:
• Şöbənin təlimatlarının, əməkdaşların vəzifə təlimatlarının və öhdəliklərinin hazırlanması,  yenilənməsi və həyata keçirilməsi;
• Şöbədə hazırlanan məktublara nəzarət edilməsi və imzalayaraq departament direktoruna təqdim etdilməsi;
• Plastik kartlar sahəsi üzrə məhsul və bazar strategiyasının hazırlanması və həyata keçirilməsində birbaşa iştirak və nəzarət edilməsi;
• Bankın aidiyyəti olan struktur bölmələrinin Plastik kartlar və plastik kart əməliyyatları üzrə təlimi üçün bankdaxili təlim dərslərinin keçirilməsi;
• Rəqib və xarici maliyyə qurumlarının və bazar konyukturunun təhlili əsasında  yeni məhsul və layihələrlə bağlı təkliflərin hazırlaması və departament direktoru ilə müzakirə olunması;
• Hazırlanmış təklif və layihələrlə bağlı məhsul və ya xidmətin inkişaf  strategiyasının işlənməsi və reallaşdılması planının hazırlanması və departament direktoru ilə müzakirə olunması;
• Plastik kartlar sahəsi üzrə mövcud məhsul və xidmətlərin satış səviyyəsinin müntəzəm hesabatlarını təhlil edilməsi və departament direktorunun məlumatlandırılması;
• Aparılmış araşdırmalar əsasında mövcud məhsul və layihələrə dəyişikliklərin hazırlanması və departament direktoru ilə müzakirə olunması;
• ATM və POS-terminal şəbəkəsinin genişləndirilməsi üçün davamlı  təhlillərin aparılması və təkliflərin hazırlanaraq departament direktoru ilə müzakirə olunmasl;
• Bankın plastik kartlarla və POS/ATM-lə aparılan əməliyyatlar üzrə hesabatların  tərtib olunmasına nəzarət edilməsi və departament direktoruna təqdim edilməsi;
• Mövcud və potensial müştəri kütləsinin seqmentləşdirilməsinin həyata keçirilməsi, məqsədli seqmentlərin seçilməsi və nəticənin departament direktoru ilə müzakirə olunması;
• Aidiyyatı olan orqanlarla yazışma;
• Mövcud qanunvericilik və bank daxili sənədləşmə proseduruna uyğun olaraq sənədləşmənin aparılması
• Rəhbərliyin müxtəlif (birdəfəlik) tapşırıqlarının icra edilməsi.
• Qanunvericiliyə uyğun Dövlət orqanlarının tələb etdiyi forma və müddətlərdə bankın fəaliyyətinə aid olan hesabatların təqdim edilməsi üçün İİS şöbəsinə zəruri məlumatların verilməsi.
• Quvvədə olan qanunvericilik aktlarında  edilən əlavə və dəyişikləri daim nəzarətdə saxlamaq  və işində rəhbər tutmaq

CV-ləri  Əməliyyat  departamenti – Plastik kartlar şöbəsi müdir  mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər