“Azersun Holdinq” MMC-yə yaxın bank “Azərbaycan Sənaye Bankı” ASC (ASB Bank) 2023-cü ildəki xalis mənfəəti öncəki ildən az olub.
Banker.az bunu bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat müddətində kommersiya bankı 33.19 milyon manat faiz gəliri, 12.31 milyon manat qeyri-faiz gəliri əldə etdiyi halda, 17.09 milyon manat faiz xərci, 22.16 mln. manat qeyri-faiz xərci edib. Nəticədə ASB 6.25 mln. manat əməliyyat mənfəəti əldə edib.
Bankın aktivlər üzrə ehtiyatlara ayırması və gəlir vergisi fərqindən sonra xalis mənfəəri 5.12 mln. manat olmaqla 2022-ci ildəki 5.29 mln. manatlıq nəticədən 3% az olub.