Türkiyə Rusiya ilə olan münaqişə nəticəsində ən pis halda itkilərini hesablayıb.
Hesablamalara görə bu rəqəm təxminən 9 mlrd. dollara bərabərdir. Bu haqqda açıqlamanı baş nazirin müavini Mehmed Şimşek NTV kanalında çıxışı zamanı bildirib.
“Biz Rusiyanı öz tərəfdaşımız hesab edirik və aramızda olan münasibətin gərginləşməyini istəmirik. Biz böhranın ilkin dövründən mübahisənin dialoq əsasında həllinin yollarını axtarmışıq. Əgər Rusiya hazırda olduğu kimi mübahisənin dərinləşməsi istiqamətində işlər görərsə, hətta bu haldada bizim itkilərimizin 9 mlrd. dollardan artıq olmayacaq- bu isə ölkənin ÜDM-sinin 0.3-0.4% təşkil edir. Ümid edirəm ki, dialoqumuz baş tutacaq” – o bildirmişdir.
Türkiyənin iqtisadiyyat naziri Elitaşın bildirdiyinə görə onlar artıq Rusiya bazarına alternativ bazarın axtarışına başlayıblar.