9 C
Baku
Thursday, December 12, 2024

Gürcüstan 2024-cü ildə Azərbaycandan 3.02 mlrd. kubmetr təbii qaz almağı planlaşdırır

Cari ildə Gürcüstanın daxili tələbatının ödənilməsi üçün 3,231 milyard kubmetr həcmində təbii qaz lazım olacaq. Bunun da 99,6 faizi xaricdən alınacaq.

Bu barədə Gürcüstan hökumətinin cari il üçün təsdiq edilmiş təbii qaz balansına dair sənəddə qeyd olunub.

Bildirilir ki, tələbatı ödəmək üçün Gürcüstan Azərbaycandan 3,017 milyard kubmetr təbii qaz idxal etməyi planlaşdırır.

Sənədə əsasən, Gürcüstan ümumilikdə 3,217 milyard kubmetr “mavi yanacaq” idxal etməyi planlaşdırır. Bu həcmin 200 milyon kubmetri Rusiyanın payına düşəcək.

Azərbaycan Gürcüstana bu enerji resursunu ixrac edən əsas ölkədir. Lakin 2023-cü ildə Rusiyadan Gürcüstana təbii qazın ixrac həcmi xeyli artıb.

Son xəbərlər
Digər xəbərlər