Prosessinq mərkəzi olan “Azericard” MMC-də yeni təyinat olub.
Banker.az xəbər verir ki, Novruzova Elnarə Azərikard MMC şirkətinin İnsan Kapitalının idarəedilməsi departamentinin direktoru vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, 2012-ci ildən Azərikard MMC-də işləyib və uzun illər İnsan Resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. 2024-cü ilin yanvar ayından şirkətdə struktur dəyişikliyi baş verib və Elnarə Novruzova yeni yaradılan stuktura rəhbər təyin edilib.
Novruzova Elnarə , 1997-2003-cü illərdə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və iqtisadi kibernetika fakültəsində təhsil alıb və daha sonra 2003-2009-cu illərdə Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.