18 C
Baku
Friday, November 22, 2024

“Apple” Samsung”u geridə qoyaraq ilk dəfə smartfon satışında liderliyə yüksəlib

“Apple” kompaniyası 2023-cü ildə ilk dəfə olaraq dünyanın smartfon bazarında 20.1 faizlik paya sahib olaraq birinci yerə yüksəlib. “Samsung” kompaniyası isə 2010-cu ildən bəri əlində saxladığı liderliyi itirib.

Bu barədə “International Data Corporation” konsaltinq kompaniyasının hesabatında deyilir.

Məlumata görə, ötən ilin ikinci yarısında Android platforması əsasında ucuz cihazlarının satışında “Transsion” və “Xiaomi” kompaniyaları ciddi irəliləyişə nail olub. Buna baxmayaraq, smartfon satışlarında birinci yeri “Apple” tutub.

2023-cü ildə Cənubi Koreyanın “Samsung Electronics” kompaniyasının satışları 13.6 faiz, Çinin “Xiaomi” kompaniyasının satışları 4.7 faiz, OPPO kompaniyasının satışları isə 9.9 faiz azalıb. Smartfon bazarının yeni iştirakçısı olan Çinin “Transsion” kompaniyası satışlarını 30.8 faiz artıraraq ilin sonunda bazarda 8.1 faiz payla beşinci yerə çıxıb.

Hesabatda, həmçinin 2023-cü ildə qlobal smartfon tədarükünün 3.2 faiz azalaraq 1.17 milyard ədəd təşkil etdiyi bildirilir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər