Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 27 dekabr 2023-cü il tarixli qərarı ilə notların yeni Buraxılış Şərtləri təsdiqlənib.
Banker.az bu barədə “Bakı Fond Birjası” QSC-yə (BFB) istinadən xəbər verir.
Məlumata görə, yeni şərtlərə uyğun olaraq təkrar bazar iştirakçıları üçün məhdudiyyətlər aradan qaldırılır. Bu da o deməkdir ki, istənilən fiziki və ya hüquqi şəxs AMB-nin qiymətli kağızları ilə alqı-satqı, repo və digər əməliyyatları icra edə biləcək. Yeni qayda isə həmin qiymətli kağızları bazar iştirakçıları üçün daha əlçatan edərək, investisiya imkanlarını genişləndirir.
Həmçinin AMB-nin notlarının hərracında bir iştirakçınıın təqdim edə biləcəyi rəqabətli sifarişin məbləği üzrə heç bir limit yoxdur.