8 C
Baku
Friday, December 13, 2024

Kredit Supervayzeri (SME Kreditləri üzrə) – RabitaBank

Əsas vəzifələr:
  • Kurasiyasında olan bölgələrdə maliyyə bazarının araşdırılması, məhsulların və satış prosesinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
  • Kurasiyasında olan filiallar tərəfindən kreditləşdirilən iri layihələrin təhlilində birbaşa iştirak edilməsi;
  • Kurasiyasında olan filialların SME kreditləri üzrə müəyyən edilmiş büdcə hədəflərinə çatması üçün lazım olan dəstək və məsləhətlərin verilməsi;
  • Kurasiyasında olan filialların biznes kredit portfelinin keyfiyyətinə daimi nəzarət edilməsi;
  • Müştərinin ödəniş qabiliyyətinin təhlil edilməsi (müəyyən hallarda);
  • Ehtiyac olduqda, müştərilərlə şəxsən görüşməsi və onların fəaliyyət göstərdiyi yerlərə səfərlər edilməsi;
  • Kurasiyasında olan filialların kredit mütəxəssislərinə kredit işinin nəzəri və praktiki biliklərin aşılanması məqsədilə  müvafiq təlim proqramlarının təşkili və həyata keçirilməsi;
  • Keçirilən təlimlərin işçilərin gündəlik işi ilə əlaqələndirilməsinə nəzarət etmək;
  • Filiallar tərəfindən təqdim olunmuş  hesabatların təhlili və həmin hesabatların nəticəsinə əsasən müvafiq planların hazırlanması;
  • Filialların kredit komitələrində iştirak edilməsi.
Namizədə olan tələblər:
  • Ali təhsilin olması (Maliyyə və iqtisadi sahələrə üstünlük verilir);
  • Ən azı 5 il SME kreditləri sahəsində iş təcrübəsinin olması;
  • İdarəetmə sahəsində ən azı 2 il iş təcrübəsinin olması;
  • Liderlik keyfiyyətlərinə malik olması;
  • Yüksək təhlil etmə bacarıqlarına malik olması;
  • Yüksək ünsiyyət və təqdimetmə  bacarıqlarına malik olması;
  • Təlim keçmə sahəsində təcrübəsinin olması;
  • Fərdi və komanda şəklində işləmək bacarığının olması;
  • Dil biliyi : Azərbaycan və Rus dillərini bilməsi;
  • MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olması;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olması;
  • Mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanın olması.
Qeyd edilən tələblərə uyğun olan namizədlər öz müraciət anketlərini [email protected] e-mail ünvanına göndərə bilərlər.
Məktubun mövzusunda iddia etdiyiniz vakant vəzifə mütləq qeyd olunmalıdır. Uyğun  görülən namizədlərdən əvvəlki iş yerlərinidən tövsiyyə məktubları (xasiyyətnamə) tələb oluna bilər.
Əlaqə vasitələri:
E – mail :  [email protected]
Telefon: (012) 598 44 88,    Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33
Son xəbərlər
Digər xəbərlər