19 C
Baku
Wednesday, October 2, 2024

Dünyanın ən iri neft idxalçısı Çindən mühüm xəbər: hasilat yüksəlib

Çinin neft-qaz sektorundakı şirkətlər 2023-cü ildə neft hasilatını 2 % (208,91 milyon tona), təbii qaz hasilatını isə 5,8 % (229,7 milyard kubmetrə qədər) artırıblar.

Bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, dekabrda orta sutkalıq neft hasilatı 569 min tona, qaz isə 670 milyon kubmetrə çatıb. Çin 12 ay ərzində neft emalının həcmini 9,3 % artıraraq 734,78 milyon tona çatdırıb.

Son xəbərlər
Digər xəbərlər