13 C
Baku
Saturday, November 23, 2024

Neft ucuzlaşır, dollar güclənir

Dünyanın ikinci ən böyük xam neft istehlakçısı olan Çində iqtisadi artım gözləntilərdən az olub və ABŞ dollarının möhkəmlənməsi investorların neft qiymətləri üçün risk iştahını aşağı salır.

Banker.az xəbər verir ki, qlobal bençmark Brent markalı neftin fyuçersləri ICE birjasında 52 sent və ya 0.7% ucuzlaşaraq bir barel üçün 77.77 dollara düşüb. ABŞ-ın WTI xam neftinin fyuçersləri 56 sent və ya 0.8% azalaraq 71.85 dollar/barelə düşüb.

Qırmızı dənizdə davam edən dəniz və hava münaqişələri tankerlərin ərazidən uzuaqlaşmaq üçün marşrutu dəyişmək məcburiyyətində qalması, logistik xərclərin və çatdırılma vaxtının artması ilə bağlı narahatlıqları artırır. Bununla belə, dünən Brent bir qədər dəyər qazana bilmişdi.

2023-cü ilin 4-cü rübündə Çin iqtisadiyyatı əvvəlki illə müqayisədə 5.2% artıb ki, bu da analitiklərin gözləntilərindən aşağıdır. Belə olduğu halda, Çin tələbinin 2024-cü ildə daha güclü qlobal neft artımına təkan verəcəyi ilə bağlı proqnozları şübhə altına düşür.

Gözləniləndən daha az iqtisadi artıma baxmayaraq, 2023-cü ildə Çinin neft emalı zavodunun emalı bir əvvəlki ilə nisbətən 9.3% artaraq rekord həddə çatdı və bu, ölkənin neft tələbatının bəzi analitiklərin gözlədiyi tempdə olmasa da, yüksəldiyini göstərir.

Ölkənin neft emalı zavodları ehtiyatları doldurmaq, nisbətən aşağı qiymətləri bağlamaq və 2024-cü ilin ikinci yarısında daha güclü tələbat gözləmək üçün mart və aprel aylarında çatdırılmaq üçün neft yüklərini aktiv şəkildə sifariş etdikləri səbəbli ilə Çinin davamlı tələbatının bəzi əlamətləri görünür.

Əlavə olaraq, ABŞ FED-nin rəsmilərinin aqressiv faiz endirimləri ilə bağlı gözləntiləri azaltmasından sonra ABŞ dolları çərşənbə günü bir ayın ən yüksək səviyyəsinə yaxınlaşdı. Güclü dollar digər valyutalarla ödəniş edən alıcılar üçün dollarla qiymətləndirilən neftə tələbi azaldır. Çünki, belə olan halda onlar üçün neft daha baha başa gəlir. Dolların indeksi 100.6 bənd səviyyəsindən 103.41 səviyyəsinə qədər güclü artım sərgiləyib.

Neft tankerləri öz istiqamətlərini su yolundan yayındırsa belə, investor tədarükün kəsilməsi təhlükəsini azaldıb. Bununla belə bazarın Qırmızı dənizin vəziyyət izləməkdədir. ABŞ çərşənbə axşamı Yəməndə İrana bağlı husilərə qarşı yeni zərbələr endirib, husilərin raketi Qırmızı dənizdə Yunanıstan gəmisini vurub.

Son xəbərlər
Digər xəbərlər