“Azercell Telekom” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından etdiyi rəqəmlər deyir.
Məlumata əsasən, “Azercell Telekom” MMC-nin vergi borcu 1 097 633.32 manatdır. Bu vergi borcu 16.01.2024-cü il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Azercell Telecom” 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 62 100 000 USD təşkil edir və qanuni təmsilçisi Zərinə Zeynalovadır.
YENİLƏNMƏ
Bildirək ki, “Azercell Telecom” dövlət qarşısında vergi borcunu bu gün tam ödəyib.