Yeni maliyyə texnologiyalarının yaradıması və tətbiq edilməsində ixtisaslaşmış R3 CEV şirkətinin innovasiya mütəxəssisləri belə hesab edirlər ki, cəmi 1 il ərzində Blockchain əsasında qurulmuş qlobal bank sistemini yaratmaq mümkün olacaq.
R3 şirkətinin belə bir platforma yaratmaq layihəsində dünyanın nəhəng 30 bankı iştirak edir. Hazırda komanda Londonda banklara əməliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltmağa imkan verən müəyyən edilmiş sistemin yaradılması üzərində çalışırlar.
Hazırda belə bir protokolun yaradılmasında əsas problem platforma üzərində eyni zamanda iş və bankirlərin gözləntilərini doğrultmaq qayğılarıdır. Bankirlərin Blockchainə olan maraqları “ölmədən” onlara bu sistemin iş prototipini təqdim etmək lazımdır.
R3 CEV nümayəndəsi Tim Svenson bildirmişdir: “Sistem qarşıdakı 12 ay ərzində təqdim edilməlidir. Əks təqdirdə bankirlər onu növbəti uğursuzluq adlandıraraq layihədə iştirakdan imtina edəcəklər”.
R3 komandası maliyyə sahəsinin veteranlarından, proqram yaradıcılarından və sahibkarlardan ibarət olmaqla özündə elektron maliyyə, kriptoqrafiya və rəqəmsal valyuta bazarının mütəxəssislərini birləşdirir. Onlar sırasında IBM nümayəndəsi Riçard Braun da var.