10 C
Baku
Friday, December 13, 2024

Nəqliyyatda telefonla da gediş haqqını ödəmək olacaq

“BakıKart” layihəsinin sonrakı mərhələlərində nəqliyyatda ödəniş üçün NST texnologiyasını dəstəkləyən smart telefonlardan da istifadə oluna biləcək. Yəni sərnişin mobil telefonunu ödəmə cihazına yaxınlaşdırmaqla avtomatik qaydada təmassız olaraq gediş haqqını ödəyə biləcək.
Bu barədə Milli.Az-a açıqlamasında “BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev deyib.
Bundan əlavə, layihə rəhbəri qeyd edib ki, kredit kartı ilə internet üzərindən onlayn ödəmələr də etmək mümkün olacaq: “Yəni vətəndaşlar kredit kartı ilə internet üzərindən “Bakıkart”a ödəniş etmək və gediş haqqı balansını artırmaq imkanı əldə edəcəklər”.
Lakin C.Əliyevin sözlərinə görə, hələlik layihənin icrasına nə vaxt başlanacağı tam dəqiqləşdirilməyib.
Qeyd edək ki, hazırda həm “Bakubus” avtobuslarında, həm də metroda turniketlərdəki avadanlıqlar kredit kartlarından təmassız ödəniş qəbul edir. Həmin avadanlıqlarda “Pay Wave” və “Pay Pass” texnologiyası dəstəklənir.
Qeyd edək ki, “BakıKart” nəqliyyat kartları hələlik Bakı Metropolitenində, “BakuBus” avtobuslarında gediş haqqının ödənilməsi üçün istifadə edilir. Amma yaxın gələcəkdə artıq Bakı-Sumqayıt elektrik qatarlarında da ödəniş üçün “BakıKart” sisteminin tətbiq olunması nəzərdə tutulur.
Son xəbərlər
Digər xəbərlər