13 C
Baku
Friday, November 22, 2024

“Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin bərpasına alternativ yoxdur”

Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında nəqliyyat əlaqələrinin bərpasına alternativlər yoxdur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.

Rusiya XİN rəhbəri qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın tranzitlə bağlı açıqlamalarında məntiq görmür, çünki bütün marşrutların açılması barədə razılıq var.

Nazir xatırladıb ki, üçtərəfli bəyanatın müddəalarından biri ölkələr arasında nəqliyyat əlaqələrinin açılmasıdır: “Üçtərəfli bəyanatda da qeyd edildiyi kimi, nəqliyyat marşrutunun açılmasını həyata keçirməkdə çətinlik çəkən məhz Ermənistandır. Marşrut boyu təhlükəsizliyin təmin edilməsi ilə bağlı yeni tələblər irəli sürən də Ermənistandır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər