Ləğv prosesində olan “Muğan Bank” ASC-nin ipoteka kreditləri portfeli 6 banka ötürülüb.
Həmin banklar “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Rabitəbank” və “Turan Bank” ASC-lərdir.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Muğan Bank”ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.