Azərbaycanın lizinq şirkətləri lizinq obyektlərinin idxalı zamanı ƏDV-nin ləğv edilməsi sayəsində xidmətlərinin qiymətlərini aşağı sala və rəqabət qabiliyyətini artıra biləcəklər.
Bunu Trend-ə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının rəhbəri, “Joint Leasing” şirkətinin baş direktoru Elçin Əhmədov deyib.
Müvafiq dəyişikliklər ölkənin Vergilər Məcəlləsinə edilib və 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
O bildirib: “Lizinq şirkətləri ƏDV ödədikləri üçün idxal edilən lizinq obyektinin qiyməti 18 faiz bahalaşırdı, buna görə də lizinq əməliyyatları bank kreditləşməsinə rəqabət təşkil edə bilmirdi. Lakin müvafiq dəyişikliklər sayəsində ölkədə idxal edilən lizinq obyektinin qiyməti təqribən 18 faiz azalacaq ki, bu da banklarla rəqabət aparmağa imkan verəcək”.