2 C
Baku
Saturday, December 14, 2024

Macəra sevən yaşlı qadın

1955-ci ildə Emma Rowena Gatewood National Geographic jurnalında  Appalaçi dağlarına (3489 km) aparan çətin piyada yolu ilə bağlı bir məqalə oxuyur. Məqalədə deyilirdi ki, bir mövsüm ərzində buradan yalnızca 5 kişi keçə bilib və sözsüz ki, heç bir qadın bunu bacarmazdı. Emmanın bu zaman 68 yaşı və 11 uşağı var idi. Bununla yanaşı onun 23 nəvəsi və 30 nəticəsi var idi.

Qadın bu məqaləni oxuduqda bunun yaxşı ideya olduğunu düşündü və buna cəhd etməyi qərara aldı. Qadın yola çıxarkən özü ilə yalnızca ket, plaş, duş üçün plastik pərdələr, ilk yardım çantası, bir dəst geyim və az miqdarda qida ehtiyatı götürdü. Onun xəritəsi, kompası, bələdçisi, çadırı, yataq dəsti və bel çantası yox idi. Onun qida rasionuna isə mal ətindən hazırlanmış konserv, pendir və fındıq daxil idi. Digər qidaları isə o meşədən tapırdı.

Bu səyahət zamanı o 15 kiloqram arıqlamış və ayağının ölçüsü bir qədər böyümüşdü. Lakin bütün bunlara baxmayaraq o 142 günə bu yolun öhdəsindən gəldi. O zaman onun bildirdiyinə əsasən o, 5 ildən sonra bu keçilməz yoldan bir daha keçməyə cəhd edəcək. Daha sonra yenə…

Son xəbərlər
Digər xəbərlər