2 C
Baku
Saturday, December 14, 2024

Bakıda saxlanılan erməni separatçılarla bağlı istintaq davam etdirilir

Bakıda saxlanılan erməni separatçılarla bağlı hazırda istintaq aparılır.

Bu barədə jurnalistlərə açıqlamasında Baş Prokuror Kamran Əliyev deyib.

O qeyd edib ki, onlar həmin dövrdə Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən, faktiki olaraq Ermənistana tabe olmaqla seperatçılıqla məşğul olublar.

“Bütün bunlarla bağlı geniş istintaq tədbirləri həyata keçirilir. Orada görüləsi işlər çoxdur. Bütün beynəlxalq konvensiyaların və milli qanunvericiliyn tələblərinə uyğun olaraq istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra, onlara son ittihamlar elan ediləndən sonra iş baxılması üçün məhkəməyə göndəriləcək”, – deyə K.Əliyev bildirib.

Son xəbərlər
Digər xəbərlər