2 C
Baku
Saturday, December 14, 2024

Xarici kadr “Araz Supermarket”in rəhbərliyindən ayrıldı

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsində kadr dəyişikliyi olub.

Banker.az-ın məlumatına görə, “Araz Supermarket”də əməliyyatlar direktoru Kristof Burgieli vəzifəsindən ayrılıb.

Kristof Burgiel  Krakov İqtisadiyyat Universitetinin Marketinq və Menecment fakültəsində təhsil alıb. Kristof Burgiel 1996-1997-ci illərdə “Cola-Cola” şirkətinin Polşa təmsilçiliyində Satış təmsilçisi, 1997-2000-ci illərdə “GEANT POLAND” şirkətində Qida Departamentinin rəhbəri, baş ofisi İngiltərənin Cheshunt şəhərində yerləşən “TESCO”da 2000-ci ildən etibarən fəaliyyət göstərmiş və şirkətin Polşa təmsilçiliyində Hipermarket direktoru, Regional əməliyyatlar üzrə direktor, Əməliyyatlar üzrə direktor, Açılışlar üzrə direktor kimi rəhbər vəzifələrdə çalışmışdır.

Son xəbərlər
Digər xəbərlər