Banker.az xəbər verir ki, “RODE & ŞVARS” şirkətinin nümayəndəliyi ləğv olunduğunu elan edir. Bu haqqda məlumat Dövlət Vergi xidməti tərəfindən verilib.
Kreditorlar iki ay ərzində tələblərini AZ1010 Bakı şəhəri, Səbai̇l rayonu, Ni̇zami̇ küçəsi, ev 340, İsr Plaza 5-ci̇ mərtəbə ünvanına bildirə bilərlər.
Bildirək ki, Almaniya şirkətinin nümayəndəliyi Azərbaycanda 1998-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi isə Viktoria Gerasimovadır.
Məlumat üçün bildirək ki, şirkət Azərbaycanda olan nümayəndəliyini ləğv etsədə, fəaliyyətini distribütor şəbəkəsi vasitəsi ilə işini Azərbaycanda davam etdirir.