Siyəzəndə başqasının bank hesabından pul oğurlayan şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 10-da Siyəzən şəhər sakini Samirə Cavadovanın Unibankdakı hesabından 365 manat çıxarılaraq oğurlanıb.
Siyəzən rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini, əvvəllər məhkum olunmuş Sərvər Mirzəyev tərəfindən törədilməsi müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.