9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-də 2030-cu ildə 6G-nin tətbiqinə başlanılacağı gözlənilir

ABŞ hakimiyyəti altıncı nəsil simsiz rabitənin (6G) tətbiqinin təxminən 2030-cu ildən başlayacağını gözləyir.

Bunu ABŞ dövlət katibinin beynəlxalq informasiya və kommunikasiya siyasəti üzrə köməkçisinin müavini Stiv Lenq deyib.

“Düşünürəm ki, gözlədiyimiz növbəti nəsil – 6G-nin, tətbiqi təxminən 2030-cu ildə başlayacaq”, – o deyib.

ABŞ rəsmisinin sözlərinə görə, hazırda 6G şəbəkələri üçün tezliklər müəyyənləşdirilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər