13 C
Baku
Saturday, November 23, 2024

“Rabitəbank” səhmdarlarına dividend, üst rəhbər heyətinə bonuslar ödəyəcək

“Rabitəbank” ASC müşahidə şurasının 22 yanvar 2024-cü il 7 nömrəli qərarına əsasən, 2024-cü il martın 12-si saat 17.00-da bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Bankın 2023-cü maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi.
2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Yaradılması və tərkibinin dəyişdirilməsinə aid qərarvermə səlahiyyəti müşahidə şurasına həvalə edilmiş idəretmə orqanları istisna olmaqla, bankın digər idarəetmə orqanlarının tərkiblərinin və əsasnamələrini yeni redaksiyada təsdiq edilmiş “Banklarda Korporativ İdarəetmə Standartları”- nın tələblərinə uyğun olaraq təsdiqi.
4. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
5. Bankın üst rəhbər heyətinə illik bonusların ödənilməsi.
6. Təşkilati və cari məsələlər.

Yığıncağın keçiriləcəyi ünvan- Bakı şəhəri, 28 May küçəsi 33-dür.

Son xəbərlər
Digər xəbərlər