“Microsoft Corp”un bazar kapitallaşması “Dow Jones Market Data”ya görə yanvarın 24-də keçirilən hərracda ilk dəfə olaraq 3 trilyon dolları keçib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Mütəxəssislər qeyd edirlər ki, şirkətin səhmlərinin qiyməti 403.65 dollardan yuxarı olarsa, “Microsoft”un dəyəri 3 trilyon dollar olmağa davam edəcək. Dünən Bakı vaxtı ilə saat 20:23-ə olan kotirovkalar 1.1% artaraq 403.28 dollar təşkil edib, əvvəlki sessiya zamanı onlar 404.72 dollara çatıb.
Qeyd edək ki, indiyədək ticarət nəticələrindən sonra kapitallaşması bu işarədən yuxarı qalxan yeganə şirkət “Apple Inc” olub.