“WhatsApp” messenceri digər proqramların istifadəçiləri ilə çatları (chats) dəstəkləyəcək, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.
Məlumata görə, yaxın zamanda messencerdə “Çatlar” bölməsi yaradılacaq, hansı ki sizə digər messencerlərdəki kontaktlara mesaj göndərməyə imkan verəcək.
İstifadəçilər bu funksiyanı özləri aktivləşdirə və onun istifadəsindən imtina etmək seçiminə sahib olacaqlar.
Yenilik Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktının tələblərinə uyğun olaraq tətbiq ediləcək. Onun əsas aspektlərindən biri şirkətlərin istifadəçilərin müxtəlif proqramlardan istifadə edərək bir-biri ilə ünsiyyət qurmasına imkan verməsi tələbidir.