2 aprel 2024-cü il saat 11.00-da səhmdarların növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Səhmdar cəmiyyətin 2023-cü ilin yekunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2023-cü il üzrə illik hesabatlarının təsdiqi.
2. Müəssisənin gəlir və zərəri haqqında məlumat.
3. ASC-nin nizamnaməsində qismən dəyişikliklər edilməsi barədə.
4. Təşkilati məsələ – ASC-nin müşahidə şurasının sədr və üzvlərinin yenidən seçilməsi.
Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.
İclasın keçiriləcəyi ünvan – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52-dir.