13 C
Baku
Saturday, November 23, 2024

Qazaxıstandan qanunsuz çıxarılan 1 trilyon tenqe geri qaytarılıb

Qazaxıstanın Baş naziri Alixan Smailov qanunsuz əldə edilən aktivlərin dövlətə qaytarılması üzrə komissiyanın iclasını keçirib.

Kazinform agentliyi bu barədə Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

İclasda qeyd olunub ki, indiyədək xarici ölkələrdə 344 daşınan və daşınmaz əmlak, o cümlədən 131 obyekt müəyyən edilib, həmçinin 448 milyard tenqe həcmində qiymətli kağızlar haqqında məlumatlar daxil olub. Eyni zamanda, 220 trilyon tenqe həcmində bank tranzaksiyaları, o cümlədən 1.4 trilyon tenqe həcmində şübhəli əməliyyatlar araşdırılır.

Son iki ildə bu qəbildən olan 1 trilyon tenqe geri qaytarılıb.

“Bizim ümumi vəzifəmiz qeyri-qanuni yollarla ölkədən çıxarılan əmlakın geri qaytarılmasını təmin etmək, onlardan cəmiyyətin və dövlətin xeyrinə istifadə etməkdir”, – deyə Alixan Smailov bildirib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər