Azərbaycanın kapital bazarında rəqəmsal vasitələrlə həyata keçirilən əməliyyatların cəmi əməliyyatlardakı payını cari 0%-dən 70%-ə çatdırılması hədəflənir.
Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda öz əksini tapıb.
Sənədə əsasən, kapital bazarındakı fərdi depo hesablarının sayının cari 1 mindən potensial olaraq 50 minə, həmçinin borc kapital bazarı vasitəsilə real sektor müəssisələrinin maliyyələşdirilməsinin cari 500 milyon manatdan potensial olaraq 1.5 milyard manata yüksəldilməsi hədəflənir.
Bundan başqa, kapital bazarlarına investisiya etməyə sərf edilən orta vaxtın cari 1 gündən potensial olaraq 15 dəqiqədən aşağı endiriləcək.