®Azərbaycanın qeyri-neft sektorunun əsas ixracatçı dövlət şirkətlərindən olan “AzerGold” QSC tərəfindən buraxılan, hər birinin nominal dəyəri 100 (yüz) ABŞ dolları, ümumi buraxlış həcmi isə 20 000 000 (iyirmi milyon) ABŞ dolları həcmində faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hərracı 29.01.24 tarixində Bakı Fond Birjası vasitəsilə həyata keçiriləcək. Qeyd edək ki, istiqrazların illik faiz dərəcəsi 6 faiz olmaqla, istiqraz sahiblərinə kuponun rüblük ödənişləri planlaşdırılır. Buraxılışın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Xatırladaq ki, “AzerGold” QSC ilk dəfə 2020-ci ilin 24 sentyabr və 30 noyabr tarixlərində illik 4 faiz kupon dərəcəsi ilə emissiya həcmi 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazları tədavülə buraxılıb.“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayter qismində çıxış etdiyi və geniş xalq kütləsi üçün nəzərdə tutulan istiqrazların orta gəlirliliyi 3.35 faiz təşkil etmişdir.
Belə ki, investorlar istiqrazları əldə etmək üçün 10 ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimi fəaliyyətini uğurla davam etdirən və ötən ili rekord olan 20 milyard manat dövriyyəsi olan “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-yə müraciət edə bilər. Ölkənin aparıcı investisiya şirkətlərindən biri olaraq “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC öz müştərilərinə broker xidməti ilə yanaşı, Azərbaycan bazarından qısa və ya uzun müddətlərə kapital cəlb etmək üçün səhm, eləcə də müxtəlif valyutalarda istiqrazların yerləşdirilməsini vasitəçilik xidməti ilə yerli və xarici fond bazarlarında investisiya əməliyyatlarının aparılmasını təqdim edir.
Əlaqə üçün: 1548