1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda 4%-lik inflyasiya gözlənilir – Nazir proqnoz verdi

Bu ilin sonuna Azərbaycanda təxminən 4%-lik iqtisadi artım gözlənilir.

Banker.az xəbər verir ki, bu barədə APA-ya iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Ş. Mustafayev əlavə edib ki, ilin sonuna inflyasiya 4% səviyyəsində olacaq.

Xatırladaq ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında İqtisadiyyat və Sənaye Nazirliyinin hazırladığı makroiqtisadi proqnozlara əsasən, 2015-ci ilin sonuna ölkə üzrə ÜDM istehsalının 57,2 mlrd. manat təşkil edəcəyi gözlənilir ki, bu da 3,3% real artım deməkdir. Sənəddə qeyd olunub ki, bu göstəricilər ilkin müəyyən edilmiş proqnozlardan 3,9 mlrd. manat və 1,1 faiz-bənd aşağıdır.

Yeri gəlmişkən, Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 2016-cı il və sonrakı üç il üçün hazırlanmış ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8% olmaqla, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında Azərbaycanda inflyasiyanın 2,3% həcmində olacağı proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər