“Realme” şirkəti Hindistanda yeni 12 Pro və 12 Pro+ smartfonlarını təqdim edib, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cihazlar 6.7 düymlük AMOLED displey, Qualcomm Snapdragon 6 Gen 1 (12 Pro) və ya Snapdragon 7s Gen 2 (12 Pro+) prosessoru, 8/12 GB operativ yaddaş və 128/256 GB daxili yaddaş alıb.
Hər iki smartfonun batareya tutumu 5000 mAh təşkil edir və sürətli yükləməni dəstəkləyir. Bağlantı seçimlərinə gəlincə, yeni məhsullar 5G, 4G LTE, Wi-Fi 6 802.11 ax, Bluetooth 5.2, GPS və Type-C-ni dəstəkləyir.
12 Pro və 12 Pro+ Submarine Blue və Navigator Beige rənglərində təqdim olunub. Cihazlar fevralın 9-dan etibarən Hindistanda satışa çıxacaq.