Vəzifə öhdəlikləri:
• Şirkət daxilində Keyfiyyət İdarəetmə Sisteminin (QMS) sənədlərinin işlənib hazırlanması və ISO 9001:2008 Beynəlxalq Standartının tələblərinə uyğun şəkildə saxlanması üzrə iş aparır, korporativ prosedurların, əsasnamələrin və təlimatların hazırlanması, təkmilləşdirilməsi və tətbiqi prosesində Keyfiyyət Qrupunun işini mütəmadi şəkildə istiqamətləndirir və dəstək göstərir;
• Şirkətin Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2008 Beynəlxalq İdarəetmə Standartının tələblərinə və şirkətin real biznes proseslərinə uyğunluğunun və cari ehtiyaclarının təmin etməsinin yoxlanması ilə əlaqədar daxili auditin aparılmasını təmin edir;
• Beynəlxalq standart üzrə şirkətin sertifikasiya prosesinin effektiv idarə olunması üçün Keyfiyyət İdarəetmə Sistemi üzrə lazımi təlim və/və ya auditlərin keçirilməsi ilə əlaqədar xarici auditor şirkətlərilə danışıqları aparır.
• Şirkətin Müştəri Məmniniyyətinin idarə edilməsi sisteminin effektiv qurulması və tətbiq edilməsini təmin edir;
Təhsil: Ali təhsil
İş təcrübəsi:
Keyfiyyət və Müştəri Məmnuniyyəti İdarəetmə Sistemi sahəsində ən azı 2 illik iş təcrübəsi (xidmət sektoru üstünluk hesab ediləcək), о cümlədən:
– Beynalxalq idarəetmə standartları barəsində tam məlumatlılıq
– Keyfiyyət idarəetmə sistemi sənədlərinin hazırlanması təcrübəsi
– Eyni sahədə daxili audit kvalifikasiyası və təcrübəsi
Biliklər: Microsoft Office proqramları, Azərbaycan, ingilis və rus dillərini mükəmməl bilmək
Xüsusi bacarıqlar:
• Təhlil etmək bacarığı;
• Planlaşdırma və layihələrin idarə olunması bacarıqları
• Liderlik və idarəetmə təcrübəsi
• Danışıqların aparılması bacarığı
Xahiş edirik vəzifəni “subject” sətrində qeyd edin və CV-nizi [email protected] elektron ünvanına göndərin.