“Azsığorta” ASC “Eurohome” MMC-ni məhkəməyə verib.
Banker.az xəbər verir ki, “Azsığorta” ASC-nin iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır.
“Azsığorta” ilə “Eurohome” arasındakı məhkəmə çəkişməsinin səbəbi isə müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – sair öhdəliklər üzrə mübahisələrdir.
“Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 14007000 milyon AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.