9 C
Baku
Thursday, December 12, 2024

“GESCO” şirkəti 3 milyon manatdan çox mənfəət edib

“GESCO” ASC 2022-ci ili 3 milyon 421 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 2 milyon 977 min manat olub ki, bu da illik müqayisədə 15% artım deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

31 dekabr 2022-ci il tarixinə “GESCO” ASC-nin əsas əməliyyat gəlirləri 25 milyon 470 min manat (8.6% çox), satışın maya dəyəri 20 milyon 873 min manat, inzibati xərcləri 330 min manat təşkil edib.

Hesabat dövründə “GESCO” şirkətinin cəmi aktivləri 27 milyon 778 min manat, cəmi öhdəlikləri 27 milyon 774 min manat, cəmi kapitalı isə 4 min manat olub.

Xatırladaq ki, GESCO” müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən “GESCO”, Bakı şəhəri də daxil olmaqla Respublikanın müxtəlif bölgələrində özəl və korporativ mühafizə xidmətini həyata keçirir.

Son xəbərlər
Digər xəbərlər