9 C
Baku
Thursday, December 12, 2024

“PayPal” 2.5 min işçini ixtisar edəcək

“PayPal” elektron ödəniş sistemi yaxın gələcəkdə 2.5 minə yaxın tam ştatlı işçini ixtisar etməyi planlaşdırır ki, bu da onun ümumi işçilərinin 9%-ni təşkil edir, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Şirkətin işçilərə göndərdiyi mətubda deyilir ki, söhbət həm qarşıdakı həftədə birbaşa ixtisarla, həm də il ərzində mövcud vakansiyaların aradan qaldırılması yolu ilə şirkətin optimizasiyası ilə bağlı qərarından gedir.

“Bloomberg”ə görə, “PayPal” səhmləri son bir ildə 20%-dən çox ucuzlaşıb. Şirkət 2023-cü ildə baş direktor Dan Şulmanı əvəz edib. Onun yerinə Aleks Kriss gəlib.

Son xəbərlər
Digər xəbərlər